İspaniya Səhiyyə Naziri Monika Qarsiya Kanar Adaları prezidenti ilə “məhsuldar görüş” keçirdiyini və ona “hərəkətə keçməyin vacibliyi” barədə danışdığını bildirib.
Bu, onun dünən MV Hondius gəmisinin Kanar Adalarına yola düşəcəyini və sərnişinlərin Tenerfidəki Qranadila limanında təxliyə ediləcəyini açıqlamasından sonra baş verib. Kanar Adaları prezidenti Fernando Klavxio onunla məsləhətləşmə aparılmadığını bildirib.
Bu gün sosial mediada yazı yazan Qarsiya sərnişinlərin gəmidə yoxlanacağını və yalnız “qoruyucu vasitələrlə” və “əhali ilə təmas olmadan” transfer və ya repatriasiya üçün gəmidən enəcəklərini bildirib.
Daha əvvəl Ümumdünya Səhiyyə Təşkilatının rəhbəri Tedros Qebreyesus Kanar Adalarında insanlar üçün virus riskinin aşağı olduğunu bildirmişdi. O, həmçinin İspanya baş nazirinə “səxavətinə, həmrəliyinə və mənəvi borcunu yerinə yetirdiyinə” görə təşəkkür edib.
Tərtib edən: Cəfərova Kəmalə
İstinad: BBC
Gundelik.az

