Cəmiyyətin formalaşması minilliklər boyu davam etmiş, müxtəlif ictimai formasiyalar bir-birini əvəz edərək eramızın III minilliyində şahidi olduğumuz səviyyəyə çatmışdır. Hələlik XX əsr cəmiyyətin ən sürətlə inkişaf etdiyi dövr hesab olunsa da, XXI əsrin ilk illəri bu sürətin daha da artdığını göstərir.
Qeyd edək ki, insan cəmiyyətinin formalaşmasında və sürətlə inkişaf etməsində ən mühüm amillərdən biri də informasiya texnologiyalarıdır.
Məlumdur ki, insan cəmiyyəti formalaşarkən informasiyanın ötürülməsi prosesləri müxtəlif vasitələrlə həyata keçirilmiş, qəbilələr, tayfalar və digər qruplar arasında rabitə yaradılmışdır. Ən qədim dövrlərdə insanlar hündürlükdə tonqal yandırmaqla, çaparlarla, göyərçinlərlə və s. ilə informasiya ötürülməsi prosesini təmin edə bilmişlər. Lakin zaman ötdükcə, insan zəkası inkişaf etdikcə daha mütərəqqi üsullara olan ehtiyac da artır və informasiya texnologiyalarının yaranması üçün labüd şərait yaranırdı.
Araşdırıcılar kompüter və informasiya texnologiyalarının yaranmasının ilk işartılarını XVII əsrin əvvəllərində – 1623-cü ildə Uilyam Şikkard tərəfindən 7 tərtibli ədədlər üzərində toplama və çıxma əməliyyatlarını aparmağa imkan verən “Hesablayıcı maşın” ın yaradılmasında görürlər.
Bu səs-küylü ixtiradan sonra – 1644-cü ildə Blez Paskal daha da təkmilləşdirilmiş “Hesablayıcı” yaratdı və bu maşın 5 tərtibli ədədlər üzərində riyazi əməliyyatlar aparmağa imkan verdi.1668-ci ildə Semuel Morland maliyyə əməliyyatları aparmaq üçün istifadə olunan hesablayıcı yaratdı.
İlk proqramlaşdırılan kompüter – “Analitik maşın” ideyası 1834-cü ildə Çarlz Bebbic tərəfindən irəli sürüldü və o, 1871-ci ildə kompüterin analitik qurğusunun və çap qurğusunun prototipini yaratdı.
1886-cı ildə isə Dorr Felt verilənləri düymələr (klavişlər) vasitəsilə qəbul edən ilk qurğunu – “komptometr” i yaratmağa nail oldu.
Vikipediya – İnternetdə azad şəkildə yayımlanan, dünyanın bir çox dillərində viki texnologiyasının tətbiqi ilə könüllü istifadəçilər tərəfindən yaradılan ensiklopediyadır. Yarandığı dövrdən, yəni 2001-ci ilin əvvəllərindən İnternetdə Viki texnologiyası ilə işləyən ən nəhəng layihə Vikipediya (Wikipedia) – azad onlayn ensiklopediyasıdır.
Layihənin tarixi 1999-cu ildən başlayır. Layihənin baş redaktoru, təşkilatçısı Larri Senqer və Bomis kompaniyasının icraçı direktoru, layihəni maliyyələşdirən Cimmi Uels Viki texnologiyası əsasında onlayn ensiklopediya yaratmaq qərarına gələrək onu Nupediya (NuPedia.com) adlandırdılar. Nupediya virtual ensiklopediyası, 2000-ci ilin mart ayından fəaliyyətə başladı. İngilis dilində yaradılmış bu ensiklopediyanı viki-sayt hesab etmək olmazdı. Onun əsasını alim və mütəxəssislər tərəfindən məqalələrin dəqiq yoxlanması təşkil edirdi. Nupediyada məqalələrin daxil olunması prosesi çox ləng getdiyindən onun bağlanması haqqında qərar qəbul edildi və 2003-cü ilin sentyabr ayında bağlandı. Nupediya ensiklopediyası bağlanarkən orada 24 tamamlanmış, 74 yoxlama prosesində olan məqalə var idi. Nupediya ensiklopediyası əsasında yaradılmış Vikipediya açıq ensiklopediyası 2001-ci ilin 15 yanvar tarixində İnternetdə fəaliyyət göstərməyə başlayır. Nupediyadan fərqli olaraq Vikipediyada məqalələr könüllü İnternet istifadəçiləri tərəfindən yoxlanılır ki, bu da ensiklopediyanın çox sürətlə zənginləşməsinə səbəb olmuşdur. Ensiklopediyanın adı ingilis texniki termini olan “wiki” (saytın fəaliyyətinin əsasını təşkil edən texnologiya; söz özü havay dilində “tez” deməkdir) və “encyclopedia” (ensiklopediya) sözlərindən yaranıb. Vikipediyanın yaradıcıları – Cimmi Ueyls və Larri Senger tamamilə ayrı fəlsəfəyə əsaslanan, biliklərini paylaşmaq istəyən insanların birgə təşəbbüsü ilə dünyanın ən dolğun İnternet ensiklopediyasını yaratmaq qərarına gəlmişlər. Bu təşəbbüs özünü doğrultmuş və Vikipediya qısa zamanda dünyanın ən məşhur 25 internet saytı sırasına daxil olmuşdur. 2009-cu ildə aparılan araşdırmalara görə, ingilis dilində olan Vikipediya dünyanın ən çox oxunan və internet istifadəçilərinin tez-tez müraciət etdikləri saytlar arasında 1-ci yeri tutmuşdur. Vikipediyanı Britannika kimi digər internet ensiklopediyalardan fərqləndirən əsas cəhət onun açıq olması, yəni istənilən internet istifadəçisinin onu redaktə edə bilməsidir.
Havay dilindən alınmış “Viki” sözünün həmin dildə mənası “çox sürətli” deməkdir. Viki-istifadəçilərin özlərinin dəyişiklik edə biləcəyi veb-sayt və ya hipermətn sənətlərinin məcmusudur. Vikidən istifadə edən insanlar inkişaf etdikcə onun məzmunu da inkişaf edir. Məzmunun modifikasiya etdirilməsi açıq və pulsuzdur, amma bütün dəyişiklikləri əvvəlki vəziyyətə qaytarmaq mümkün olması üçün xronoloji ardıcıllıqla qeyd edilir. Vikinin hədəfi-biliklərdən kollektiv istifadə, əməkdaşlıq şəraitində şəraitində biliklərin mübadilə esilməsi, saxlanması və optimallaşmasıdır.
Vikilər tamamilə hipermətn xarakterə və qeyr-xətti naviqasiya strukturuna malikdilər. Bir qayda olaraq, hər səhifədə başqa səhifələrə çoxlu istinadlar olur; böyük vikilərdə hökmən iyerarxiya naviqasiyası olur, lakin onmdan istifadə etmək vacib deyil. “” həm də veb-sayt yaradılması üçün istifadə edilən birgə birgə proqram təminatını ifadə edir.
Bloqlar və vikilər bir sıra ortaq xarakteristikalara malikdirlər, bunlar yenilənmələrin idarə edilməsi metoduna, oxuculara öz şəhrlərini çatdırmağa imkan verən vasitələrdə və yeni onlayn cəmiyyətlər yaradılmasına ümumi oriyentasiyada təzahür edir.
Dünyada tanınmış Vikipediya vikiyə əyani nümunədir. Bu fenomen bütün ənənəvi ensiklopediyaları kölgədə qoymuşdur. Vikipediyanın saytında yerləşdirilmiş tərifə görə, bu-çoxdilli, şəbəkə, pulsuz, ensiklopedik layihədir. “Vikipediya” adı “Viki” və “ensiklopediya”sözlərindən yaranmış hybrid ifadədir.
Vikipediyanın bu qədər müvəffəqiyyət qazanmasına əsas səbəb-istifadəçilər tərəfindən yaradılan kontentin kollektiv təbiəti və müəyyən sahədə kifayət qədər çox bilən və ya həmin sahədə baş verən yenilikləri xüsusi diqqətlə izləyən, content yaratmağa və ya onu redaktə etməyə vaxtı və həvəsi olan insanlar tərəfindən yaradılmış materiallardır.
AYNUR TURAN
Gundelik.az

