Qürurlu haldır ki, işğaldan azad olunan ərazilərə köç artıq mütəmasi şəkildədir. Bu yöndə Gundelik.az saytına daxil olan sualları mütəxəssis rəyi ilə cavablandırırıq. Müsahibimiz iqtisadçı, ekspert Samir Heydərovdur.
Samir müəllim, sizcə işğaldan azad olunan ərazilərin milli iqtisadiyyata daha dolğun inteqrasiya olunması üçün hazırkı mərhələdə daha hansı işlər görülə bilər?
— Bu gün Azərbaycan öz dövlətçiliynin şanlı dönəmlərindən birin yaşayır.Müzəffər Ali baş komandan İlham Əliyevin başçılığı altında 44 günlük Vətən müharibəsi nəticəsində 30 il işğal altında olan torpaqlarımız şanlı ordumuzun qəhramanlığı nəticəsində işğaldan azad oldu.on 5 ildə işğaldan azad olunan torpaqlarda böyük infrastruktur layihələri yerinə yetirilmişdir.
İşğaldan azad olunmuş ərazilərdə həyata keçirilən layihələrdə 1500 dn çox şikət iştirak edir.Onlardan 500-ü xarici şirkətdir. İşğaldan azad olunmuş ərazilərimizdə ardıcıl olaraq yeni və rahat yaşayış məntəqələrinin salınması ,infrastruktur layihələri ilə yanaşı iqtisadi reinteqrasiya tədbirləri də həyata keçirilir.
Azad edilmiş ərazilərimizdə Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının yaradılması “ağıllı kənd” və “ağıllı şəhər” layihələrinin,yaşıl texnologiyaların tətbiqi ,beynəlxalaq hava limanlarının inşası,nəqliyyat-logistika imkanlarının artrılması və digər göstəricilər regionun inkşafında və biznes cəlbediciliyinin artrılmasında mühüm rol oynayır. İşğaldan azad edilmiş ərazilərdə biznes üçün əlverişli imkanlar yaradılmışdır.Belə ki,bu ərazilərdə vergi, sosial,sığorta və digər güzəştlər tətbiq olunur.
Burdakı rezidentlər 10 illiyiniə mənfəəət,əmlak,torpaq və sadələşdrilmiş vergidən azaddır.İdxal olunan texnika,qurğular və texnoloji avadanlıqlar isə gömrük rüsumlarından azad edilmişdir. Regionda Ağdam və Araz vadisi sənaye parklarını göstərə bilər ki, burada sahibkarlar dövlət hesabına infrastrukturlarla təmin edilmişdir.Bundan başqa regionda yeni agroparklar yaradılmişdir. Buna misal olaraq “Dost aqroparkını” misal göstərə bilərik.Hazırda regionda 3 aqropark fəaliyyət göstərir.Bütün bunlar regionda ilk növbədə yerli və xarici iş adamlarının sahibkarlıq fəaliyyətinə başlamasına və yeni iş yerlərinin yaradılmasına, məşğulluğun təmin olumasına şərait yaradır.
İnfrastrukturun bərpası, iş yerlərinin yaradılması ilə yanaşı əhalinin geri qayıdışı da paralel şəkildə həyat keçirilir. Bu baxımdan işğaldan azad olunmuş torpaqlara böyük qayıdış Azərbaycanın 2030-cu ilədək beş milli prioritetlərindən biri kimi qəbul edilmişdir. 2022-2026- cı illəri əhatə edən “Böyük Qayıdışa dair I Dövlət proqramı” çərçivəsində artıq 40 minə yaxın sakin öz ata baba torpaqlarına qayıtmişdr.2026 -cı ilin sonuna kimi 140 min əhalinin azad olunmuş torpaqlara qayıtması nəzərdə tutulur.
Zəngəzur dəhlizinin istismara verilməsi ilə Azad İqtisadi Zonaların yaradılması proseslərinin səmərəliliyi necə təmin oluna bilər və bu sahədə Naxçıvan Muxtar Respublikası hansı üstünlüklərə malik olmaqdadır?
—Zəngəzur dəhlizinin açılması regionun tranzit əhəmiyyətinin artırır və bu Azad İqtisadi Zonaların investorlar üçün daha cəlbedici olmasına səbəb ola bilər.
Əlverişli nəqliyyat bağlantıları xərcləri azaldaraq səmərəli istehsal və ticarət mühüti yaradacaqdır.
Türkiyə və İranla sərhədləri olan Naxçıvan, Zəngəzur dəhlizi ilə Azərbaycanın əsas hissəsi ilə birbaşa bağlantı əldə etdikdən sonra regional logistika və ixrac mərkəzinə çevriləcəkdir.
Artıq mövcud olan sənaye parkları və sənaye zonaları və logistik strukturlar bu proseslərin sürətləndrilməsində platforma rolunu oynaya bilər. Dəhliz vasitəsilə Mərkəzi Asiya,Türkiyə və Avropa bazarlarına çıxış imkanları artır və bu iqtisadi zonaların əhəmiyyətini daha da yüksəldir.
Dəyərli məlumat üçün Samir Heydərova təşəkkür edirik.
Gundelik.az
