İyul 8, 2026
Baku
Dünya Xəbərlər

İranla müharibədən kim nə istəyir

Prezident Donald Trampın müharibə məqsədi bir qədər qeyri-şəffaf olub və İranın nüvə proqramının sadə bir şəkildə məhdudlaşdırılması, bütün ABŞ və İsrail tələblərinə təslim olması və İslam Respublikası rejminin tamamilə süqutu arasında tərəddüd kimi görünür.

İndiyə qədər İran nə təslim olub, nə də çöküb. Lakin onun ordusu 16 gün davam edən amansız dəqiq bombardıman nəticəsində ciddi şəkildə zəifləyib. Fevral ayında Cenevrədə ABŞ və İran arasında Omanın vasiyəçiliyi ilə keçirilən dolayı danışıqlıqlar nüvə məsələsində irəlləyiş əldə etdi. Omanlılar deyirlər ki, İran Tehranın nüvə silahı əldə etmək niyyətində olmadığına dair əhəmiyyətli zəmanət verən böyük güzəştlərə getməyə hazır idi.

Vaşinqton və onun bir çox müttəfiqləri üçün ideal bir dünyada bu müharibə Ayətullahın hakimiyyətinin süqutu ilə başa çatır və tezliklə dinc, demokratik yolla seçilmiş və artıq xalqına və ya qonşularına təhlükə yaratmayan bir hökümətlə əvəz olunur. Lakin bazar ertəsi etibarı ilə bunun baş verəcəyinə dair heç bir əlamət yoxdur.

İran müharibənin mümkün qədər tez dayandırılmasını isdəyir, amma heç bir halda, yəni, Vşinqdonun bütün tələblərinə tabe olmaq demək deyilsə. O bilir ki,müharibədə Trampı üsdələyəcək “strateji səbrə” malikdir, üstəlik, coğrafiyası da onun tərəfindədir. İran bütün Körfəz dövlətləri arasında ən uzun sahil xəttinə malikdir və Hörmüz boğazından keçərək qeyri-müəyyən müddətdə dünya neft ehtiyyatlarının təxminən 20%ni daşıyan gəmiçiliyi təhdid etmək qabiliyyətinə malikdir.

ABŞ prezidentinin ölkələri İsraillə birgə başlatdığı müharibənin nəticələrinin öhdəsindən gəlməyə kömək etməyə çağırışı tərəddütlə qarşılanır. Böyük Britaniya, Avropa və digər ölkələr əvvəlcə bu müharibəni dəsdəkləmədikləri halda, ticarət gəmilərini boğazdan keçirərək donanmalarını təhlükəyə atmaqdan ehtiyat əedirlər.

Üç döyüşən dövlətdən – ABŞ, İran və İsraildən – ən çox İsrailbu müharibəni bitirmək üçün ən az tələsik görünürlər. Onlar İranın ballistik raket ehtiyyatlarının o cümlədən saxlama anbarlarının, komandanlıq və idarəetmə mərkəzlərinin, radar yerlərinin və İİKK bazarlarının mümkün qədər çoxunun məhv edilməsini isdəyirlər.

Əlbəttə ki, bütün bunlar atışma dayandıqda yenidən qurula bilər, ona görə də İsrail İranın bunu etməyini ciddi xərclər tələb etdiyini, yəni İsrail Hərbi Hava Qüvvələrinin bir neçə ay ərzində onları yenidən bombalamağa qadir olduğunu başa düşməsini isdəyir.

 

Tərtib edən: Cəfərova Kəmalə

İstinad: BBC

Gundelik.az