Vaşinqton vaxtı ilə saat 18:32də ABŞ prezidenti Donald Tramp sosial mediada ABŞ və İranın “qəti” sülh razılaşmasına “çox yaxın” olduqlarını və danışıqların irəlləməsi üçün iki həftəlik atəşkəs barədə razılığa gəldikləri barədə açıqlama verdi.
Bu, tam olaraq son anda atılan addım deyildi, lakin Trampın İranın razılığa gələ bilmədiyi təqdirdə, 7 aprel çərşənbə axşamı günü Vaşinqtonun vaxdı ilə saat 20:00da İranın enerji və nəqliyyat infrastrukduruna genişmiqyaslı hücumlar başlatmaq üçün verdiyi son tarixə çox yaxın idi.
Bütün proses İranın da hərbi əməliyyatları dayandırmasından və Hörmüz boğazını kommersiya gəmiçiliyi üçün tam açmasından asılıdır. İran höküməti bunu edəcəyini bildirir, eyni zamanda boğaz üzərində “suverenliyini” vurğulayır.
Bu razılaşma Trampa getdikcə daha təhlükəli bir dilemmadan çıxmağa imkan verdi: ya “bütün bir sivilizasiya bu gecə məhv olacaq” təhdidini həyata keçirməklə münaqişəni daha da alovlandırmaq, ya da geri çəkilib nüfuzuna xələl gətirmək. Lakin, çox güman ki, ABŞ prezidenti yalnız müvəqqəti rahatlıq əldə edib.
ABŞ və İran qarşıdaki iki həfdə ərzində davamlı bir həll yolu üçün danışıqlara başlayacaqlar. Prosesin çətin olacağı gözlənilir. Lakin ABŞ iş saatlarından sonraki ticarət zamanı neft qiymətlərinin günlər ərzində ilk dəfə bir barel üçün 100 dollardan aşağı düşməsi və ABŞ səhmlərinin fyuçerslərinin yüksəlməsi ən pisinin geridə qalacağına dair nikbinlik yaradıb.
Tərtib edən: Cəfərova Kəmalə
İstinad: CNN
Gundelik.az

