İranın Lorestan əyalətində İsrailin xarici kəşfiyyat agentliyi olan “Mossad” adından sosial media vasitəsilə fəaliyyət göstərdiyi iddia edilən 5 nəfər saxlanılıb.
Gundelik.az xəbər verir ki, bu barədə İRNA Lorestan İnqilab Keşikçiləri Korpusunun kəşfiyyat bölməsinin verdiyi yazılı açıqlamanı dərc edib.
Bildirilib ki, sosial şəbəkələrdə aktiv olan 5 nəfər ictimaiyyəti İsrailin İrana hücumlarında ittiham edib. Onlar narahatlıq və qorxu salmaqda və rejimi sarsıtmaqda ittiham olunur.
Eyni əyalətdə də dünən oxşar ittihamlarla 18 nəfər təhlükəsizlik qüvvələri tərəfindən saxlanılıb.
Gundelik.az

