Gundelik.az Xəbərlər İqtisadiyyat Dübəndi-Sumqayıt-Siyəzən-Şirvanovka boru kəməri ilə neft nəqli azalıb
İqtisadiyyat Xəbərlər

Dübəndi-Sumqayıt-Siyəzən-Şirvanovka boru kəməri ilə neft nəqli azalıb

Bu ilin yanvar-mart aylarında Dübəndi-Sumqayıt-Siyəzən-Şirvanovka boru kəməri ilə 523,6 min ton neft nəql edilib.

Bu barədə Gundelik.az Dövlət Statistika Komitəsindən məlumat əldə edib.

Məlumata əsasən, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 131,1 min ton və ya 20% azdır.

Belə ki, 2024-cü ilin ilk üç ayında sözügedən bor kəməri ilə 654,4 min ton neft nəql edilmişdi.

Ümumilikdə, hesabat dövründə neft boru kəməri nəqliyyatı ilə cəmi yük dövriyyəsinin həcmi 9,028 milyon ton olub. Bu isə bir il əvvəlki göstəriciyə nisbətən 635,2 min ton və yaxud 6,6% azalma deməkdir.

Gundelik.az

Exit mobile version