OPEC 2025-ci il üçün qlobal neft tələbatının artımı ilə bağlı proqnozunu sutkada 1,3 milyon barel, 2026-cı il üçün isə 1,38 milyon barel səviyyəsində saxlayıb.
Gundelik.az xəbər verir ki, bu barədə təşkilatın aylıq hesabatında bildirilir.
Sənəddə qeyd olunur ki, ümumi neft tələbatı üzrə göstəricilər əvvəlki proqnozla eyni qalır. Belə ki, 2024-cü il üçün tələbatın sutkada 103,84 milyon barel, 2025-ci il üçün 105,14 milyon barel, 2026-cı il üçün isə 106,52 milyon barel səviyyəsində olacağı gözlənilir.
Rüblər üzrə proqnozlarda isə cüzi dəyişikliklər edilib. 2025-ci ilin birinci rübündə qlobal neft tələbatının sutkada 104,29 milyon barel olacağı gözlənilir (əvvəlki göstərici ilə eyni), ikinci rübdə 104,15 milyon barel (əvvəl 104,34 milyon), üçüncü rübdə 105,53 milyon barel (əvvəl 105,50 milyon), dördüncü rübdə isə 106,57 milyon barel (əvvəl 106,37 milyon) səviyyəsində qiymətləndirilir.
İƏİT (OECD) ölkələrində tələbatın 2025-ci ildə 130 min barel (sentyabr proqnozu: 140 min barel), qeyri-OECD ölkələrində isə 1,17 milyon barel (əvvəlki proqnoz: 1,15 milyon barel) artacağı gözlənilir.
Avqust ayına olan ilkin məlumatlara əsasən, OECD ölkələrində kommersiya neft ehtiyatları əvvəlki ayla müqayisədə sutkada 500 min barel azalaraq 2,793 milyard barel təşkil edib. Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 45,7 milyon barel, son beş ilin orta göstəricisindən 92,2 milyon barel, 2015–2019-cu illərin orta səviyyəsindən isə 192 milyon barel azdır.
Hesabat dövründə OECD ölkələrində xam neft ehtiyatları 10,4 milyon barel azalaraq 1,316 milyard barel, neft məhsulları ehtiyatları isə 9,9 milyon barel artaraq 1,477 milyard barel səviyyəsinə çatıb.
Gundelik.az

