Gundelik.az Dünya İranda etiraz aksiyalarında ölənlərin sayı açıqlanıb
Dünya Hadisə Xəbərlər

İranda etiraz aksiyalarında ölənlərin sayı açıqlanıb

Son 10 gündə İranda keçirilən etiraz aksiyaları nəticəsində ən azı 36 nəfər ölüb.

Bu barədə Gundelik.az “BBC”yə istinadən xəbər verir.

Bildirilib ki, ölənlərin 34-ü etirazçı olub.

İran hakimiyyəti rəsmi ölənlərin sayını açıqlamasa da, üç təhlükəsizlik işçisinin öldüyünü bildirib. 

Qeyd edilib ki, iqtisadi böhran səbəbindən başlayan və 31 əyalətdən 27-sinə yayılan iğtişaşlar zamanı 60-dan çox etirazçı yaralanıb və 2076 nəfər həbs olunub.

Exit mobile version