İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqayi bildirib ki, Tehran yaxın günlərdə Atom Enerjisi üzrə Beynəlxalq Agentlik (MAQATE) nümayəndələri ilə nüvə proqramı sahəsində əməkdaşlıq yollarını müzakirə etmək üçün danışıqları davam etdirməyi planlaşdırır.
Bu barədə Gundelik.az xarici mediaya istinadən xəbər verir.
Onun sözlərinə görə, Avropa ölkələri bu prosesdə “dağıdıcı rol” oynayıb. Nazirlik rəsmisi qeyd edib ki, Aİ3 ölkələri nüvə sazişi üzrə öhdəliklərini yerinə yetirməyib və ABŞ-la İsrailin İranın nüvə obyektlərinə endirdiyi zərbələri qınamayıb.
“Onlar öz mövqelərinə dair heç bir məntiqi izah təqdim etməyiblər”, – Bəqayi vurğulayıb.
Xatırladaq ki, ötən həftə MAQATE-nin baş direktorunun müavini Massimo Aparono İrana səfər edib. ABŞ və İsrailin hücumlarından sonra İran qurumla əməkdaşlığı dayandırmışdı.
Gundelik.az
