ABŞ və Tehran Hörmüz boğazından gəmiçilik hərəkətinə icazə verilməsi və İrana qarşı hücumların dayandırılması şərti ilə iki həftəlik atəşkəsə razılaşıblar. Bu şərti iki həftəlik atəşkəsdən sonra qlobal neft qiymətləri kəskin şəkildə aşağı düşüb, fond bazarları isə yüksəlib. İki ölkə davamlı bir həll yoluna çatmaq məqsədi ilə vaxt qazanmaq üçün növbəti iki həftə ərzində danışıqlar aparacaq.
Bu xəbərdən sonra Brent markalı xam neftin qiyməti təxminən 13% azalaraq barel üçün 94,80 dollara düşüb. ABŞ-da ticarət edilən neftin qiyməti 15% çox azalaraq 95,75 dollara düşüb.
Lakin neft qiymətləri hələ də 28 fevralda münaqişə başlamazdan əvvəlki səviyyələrdən yüksəkdir. Həmin vaxt neft təxminən 70 dollara satılırdı.
İranın ABŞ və İsrailin hava hücumlarına cavab olaraq Hörmüz boğazından istifadə edən gəmilərə hücum etməklə hədələməsindən və Yaxın Şərqdəki neft və qaz tədarükünün ciddi şəkildə pozulmasından sonra enerji xərcləri artmışdır.
Tərtib edən: Cəfərova Kəmalə
İstinad: CNN
Gundelik.az
