İyul 8, 2026
Baku
Dünya Siyasət Xəbərlər

İran paytaxtını dəyişir

İran prezidenti Məsud Pezeşkian paytaxt Tehranın Fars körfəzi sahillərinə köçürülməsini təklif edib.

Gundelik.az xəbər verir ki, bu barədə EFE agentliyi məlumat yayıb.

Pezeşkian Bəndər Abbas şəhərində çıxış edərək bildirib: “Bu gün başqa seçimimiz yoxdur, bunu etməliyik. Tehranda həyat dözülməz vəziyyətə gəlib”. O, paytaxtın köçürülməsini Tehranda havanın çirklənməsi, torpaq problemləri, su qıtlığı və sıx nəqliyyatla izah edib. Fars körfəzi sahillərini yeni paytaxt üçün əlverişli yer hesab edən prezidentin sözlərinə görə, bu, ölkənin ticarət və iqtisadi inkişafına töhfə verəcək.

Prezident artıq paytaxtın köçürülməsi məsələsini İslam Respublikasının lideri Ayətullah Xamenei ilə müzakirə edib. Hökumət sözçüsü Fatemeh Mohejerani bildirib ki, Sistan-Bəlucistan əyalətində Oman körfəzinə yaxın Makran bölgəsi də yeni paytaxt üçün nəzərdən keçirilir. Lakin oraya köçürülmə əyalət əhalisinin əksəriyyətinin sünni müsəlman olması səbəbindən çətinlik yarada bilər.

Tənqidçilər prezidentin təklifini “yararsız” adlandırıblar. Qeyd edək ki, Tehran 1786-cı ildən İranın paytaxtıdır və hazırda şəhərdə 12 milyondan çox, bəzi hesablamalara görə isə 18 milyonadək insan yaşayır.

Gundelik.az