İran nümayəndə heyəti ABŞ ilə danışıqlar aparmaq üçün Omanın Maskat şəhərinə səfər edib.
Gundelik.az bu barədə xarici kütləvi informasiya vasitələrinə (KİV) istinadən xəbər verir.
Məlumata görə, nümayəndə heyətinə İranın xarici işlər naziri Abbas Əraqçi başçılıq edir.
İran nümayəndə heyətinə, həmçinin Əraqçinin müavinləri Məcid Təxt-Rəvançi və Kazem Qəribabadi, eləcə də Xarici İşlər Nazirliyinin sözçüsü İsmail Bəqayi və bir sıra iranlı diplomatlar daxildir.
Danışıqlarda müzakirə ediləcək məsələlər isə hələlik açıqlanmayıb.
Gundelik.az
