İyul 8, 2026
Baku
Siyasət Xəbərlər

Qırğızıstanın sabiq prezidenti vətənində həbs ediləcək – SƏBƏB

Qırğızıstanın sabiq prezidenti Kurmanbek Bakiyev vətəninə dönəcəyi təqdirdə saxlanılacaq.

Gundelik.az xəbər verir ki, bu barədə Qırğızıstan Dövlət Milli Təhlükəsizlik Komitəsinin (MTK) sədri Kamçıbek Taşiyev öz “Facebook” hesabında paylaşım edib.

“Ali Məhkəmənin Bakiyevə qarşı çıxardığı hökm qüvvədə qalır. Ona görə də o, Qırğızıstana qayıdarsa, sərhədi keçdikdən dərhal sonra həbs olunacaq”, – K. Taşiyev respublika Konstitusiya Məhkəməsinin sabiq prezidentlə bağlı qərarını şərh edərkən yazıb.

Qeyd edək ki, Bakiyev 2010-cu ilin aprelində dövlət çevrilişi nəticəsində devrilib. O, təhlükəsizlik məqsədilə respublikanı tərk edib və hazırda Belarusda yaşayır. Bundan öncə o, qiyabi olaraq əmlakı müsadirə olunmaqla 30 il müddətinə azadlıqdan məhrum edilib. Bişkek Minskdən keçmiş dövlət başçısının ekstradisiyasını dəfələrlə tələb etsə də, hər dəfə rədd cavabı alıb.

Gundelik.az