İran Limanlar və Dənizçilik Təşkilatı Hörmüz boğazı və bölgə sularında hərəkət edən ticarət gəmilərinə xidmət göstərməyə hazır olduqlarını açıqlayıb.
İran Limanlar və Dənizçilik Təşkilatı tərəfindən yayılan açıqlamada bildirilib ki, xüsusilə İranın ərazi sularında və lövbər bölgələrində olan gəmilər ehtiyac yaranacağı halda ərzaq, yanacaq, tibbi yardım, səhiyyə xidmətləri və təmir üçün lazım olan icazəli avadanlıqlarla təmin ediləcək.
Məlumata görə, bu elan bölgədəki dəniz rabitə şəbəkələri və VHF sistemləri vasitəsilə üç gün ərzində gündə üç dəfə yayımlanacaq.
ABŞ prezidenti Donald Trump mayın 4-də etdiyi çıxışda Hörmüz boğazında ilişib qalan neytral ölkələrə məxsus ticarət gəmilərinə müşayiət təmin etmək üçün “Azadlıq Layihəsi”nin başladılacağını açıqlamışdı. Tramp bəzi gəmilərdə ərzaq və əsas ehtiyac çatışmazlığı yarandığını bildirərək əməliyyatın “humanitar məqsəd” daşıdığını demişdi.
Mənbə:TRT Haber
Hazırladı:Ziyalə Əhmədli
Gundelik.az
