İran hökumətinin sözçüsü Fatma Mühacirani bildirib ki, onlar ictimaiyyətin dalanışıqları ilə bağlı üzləşdiyi problemlərdən xəbərdaedılar və yardım kartlarına göndərilən məbləğlərin artırılması məsələsi araşdırılır. İranın rəsmi agentliyi İRNA-nın məlumatına görə, Mühacirani ölkə iqdisadiyyatı ilə bağlı qiymətləndir-mələr aparıb.
Mühacirani bildirib ki, Prezident Məsud Pezeşkian xalqın əsas ehtiyaclara çatmaq və dolanışıqlarını təmin etməkdə yaşadığı problemləri yaxından izləyir. Müharibənin ölkə iqdisadiyyatına təsirindən danışan Mühacirani bildirib: “İnsan-ların dolanışıqlarına olan təzyiqin fərqindəyik. Yardım kartlarına köçürülən məbləğin artırılması məsələsi araşdırılır.”
Mühacirani həmçinin qeyd edib ki, qlobal yanacaq böhranı yaşansa da, daxili uçuşlar üçün bilet qiymətlərinin artmasının qarşısını almaq üçün lazımi yoxlamalar aparılacaq. Etirazlardan sonra verilən “yardım” qərarı: İranda, 28 dekabr 2025ci ilədə iqdisadi problemlərə əsaslanaraq bşlayan etirazlardan sonra, insanların yükünü yünqülləşdirmək üçün hər vətəndaşın ayda 10 milyon rial (təxminən 7 dollar) yardım edilməsi qərarı verildi. Yardım aylıq olaraq mütəmadi olaraq hesablara köçürüləcəyi və əsas ərzaq məhsullarının qiymətlərində artım olarsa, yardım məbləğinin artırılacağı deyilib.
Tərtib edən: Cəfərova Kəmalə
İstinad: CNN
Gundelik.az

