Gundelik.az Dünya İran: ABŞ-ın təklifi “təslimiyyət” xarakteri daşıyır və rədd edilib
Dünya Xəbərlər

İran: ABŞ-ın təklifi “təslimiyyət” xarakteri daşıyır və rədd edilib

İran dövlət televiziyası bildirib ki, Donald Trump administrasiyasının təqdim etdiyi plan İran tərəfindən “təslimiyyət” mənası daşıyan bir təklif kimi qiymətləndirilib.

Məlumata görə, İran dövlət televiziyası ABŞ-ın təqdim etdiyi və Tehran tərəfindən dünən cavablandırılan layihə ilə bağlı bəyanat yayıb. Bəyanatda deyilir:

“Tehran, Trump-ın həddindən artıq tələbləri qarşısında İranın təslim olması anlamına gələn ABŞ planını rədd edib.”

İranın ABŞ-a təqdim etdiyi təklifdə isə aşağıdakılar yer alıb:

ABŞ-ın müharibə təzminatı ödəməsi,

İranın Hormuz Strait üzərində suverenliyinin tanınması,

sanksiyaların ləğvi,

dondurulmuş İran aktivlərinin azad edilməsi.

Digər tərəfdən, Trump İranın cavabını “qəbuledilməz” adlandıraraq ABŞ-İsrail-İran münaqişəsində irəli sürülən sülh planını rədd edib.

 

Mənbə:TRT Haber

Hazırladı:Ziyalə Əhmədli

Gundelik.az

Exit mobile version