İran xarici işlər nazirinin müavini Məcid Taxt Rəvançi bildirib ki, ABŞ İran gəmilərinə tətbiq etdiyi dəniz blokadasını iki ölkə arasında 14 iyunda əldə olunan razılaşmanın imzalanmasından əvvəl qismən ləğv edib.
İran mətbuatının yaydığı məlumata görə, Rəvançi xarici işlər naziri Abbas Əraqçinin xarici ölkələrin səfirləri və diplomatik nümayəndələri ilə keçirdiyi görüş zamanı jurnalistlərin suallarını cavablandırıb.
O bildirib ki, ABŞ ilə əldə olunan razılaşmada Hörmüz boğazının yenidən açılması və ABŞ-ın tətbiq etdiyi dəniz blokadasının aradan qaldırılması xüsusi vurğulanıb.
Rəvançi deyib:
“Blokadanın aradan qaldırılması əvvəldən əsas tələblərimizdən biri idi və razılaşma imzalanmazdan əvvəl blokada qismən ləğv edildi.”
ABŞ, İran və Pakistanın vasitəçiliyi ilə aparılan danışıqlar nəticəsində tərəflər İrana qarşı hərbi qarşıdurmaları dayandırmağı nəzərdə tutan memorandum layihəsi üzərində razılığa gəldiklərini açıqlamışdılar.
ABŞ Prezidenti Donald Trump ölkəsinin İranla saziş imzaladığını və Hörmüz boğazının cümə günündən etibarən tam şəkildə açıq olacağını bəyan edib. Tehran rəhbərliyi isə memorandumun cümə günü Cenevrə şəhərində imzalanacağını bildirib.
Mənbə:TRT Haber
Hazırladı:Ziyalə Əhmədli
Gundelik.az
