İran İslam İnqilabı Keşikçiləri Korpusunun sözçüsü, briqada generalı Hüseyn Mühəbbi bildirib ki, ölkəsinin strategiyası ABŞ Tehranın bütün şərtlərini qəbul edənədək Hörmüz boğazını nəzarətdə saxlamaqdır.
İran dövlət televiziyasına danışan Mühəbbi Hörmüz boğazı ilə bağlı açıqlamalar verib.
Mühəbbi bildirib ki, bu gün Hörmüz boğazı İran üçün yalnız su yolu deyil, eyni zamanda qarşıdurma meydanıdır.
O deyib:
“Strategiyamız düşmən bütün şərtlərimizi qəbul edənədək boğazı nəzarətdə saxlamaqdır.”
İranın xarici işlər naziri Abbas Əraqçi də ötən gün verdiyi açıqlamada Hörmüz boğazının açılmasının digər şərtlərdən asılı olduğunu bildirib.
Əraqçi qeyd edib ki, bu şərtlər arasında ABŞ tərəfindən İslamabad Memorandumunun pozulmasının nəticələrinin aradan qaldırılması da yer alır.
Mənbə:TRT Haber
Hazırladı:Ziyalə Əhmədli
Gundelik.az
