Gundelik.az Siyasət İrəvan nazirlərin növbəti görüşünü keçirməyə hazır olduğunu açıqladı
Siyasət Xəbərlər

İrəvan nazirlərin növbəti görüşünü keçirməyə hazır olduğunu açıqladı

İrəvan Ermənistan hakimiyyətinin hələ 2024-cü ildə elan etdiyi “3+3” formatında növbəti nazirlər görüşünü keçirməyə hazırdır.

Gundelik.az xəbər verir ki, bu barədə Ermənistanın Xarici İşlər Nazirliyi məlumat yayıb.

“Hələ 2024-cü il oktyabrın 18-də İstanbulda keçirilən “3+3” regional məşvərət platformasının 3-cü iclası çərçivəsində Ermənistan nazirlərin növbəti görüşünə ev sahibliyi etməyə hazır olduğunu bəyan edib”, – XİN-in açıqlamasında deyilir.

Rusiyanın Ermənistandakı səfiri Sergey Kopırkin may ayında bəyan etmişdi ki, “3+3” regional əməkdaşlıq platformasının növbəti görüşləri tərəflərin müəyyən etdiyi qaydada İrəvan və Bakıda keçirilməlidir.

Qeyd olnub ki, növbəti iclasın vaxtı və yeri dəqiqləşən kimi ictimaiyyətə məlumat veriləcək./unikal

Gundelik.az

Exit mobile version