iPhone Fold, iPhone 18 Pro və iPhone 18 Pro Max üçün təzə dummy (sınaq) modelləri ortaya çıxıb və aylardır sızan məlumatları demək olar ki, təsdiqləyir. Apple artıq uzun, dar qatlanan telefon istehsal etmir; bunun əvəzinə, kitab üslublu (book-style) bir foldable hazırlayır ki, açıldıqda daha yaxşı tablet təcrübəsi təqdim etsin. Dummy modellərinə baxdıqda, iPhone Fold geniş və kompakt forma sahibdir, Samsung Galaxy Z Fold seriyasındakılardan daha qısa və enli, və daha çox orijinal Pixel Fold-a bənzəyir. Açanda isə əslində kiçik, üfüqi (landscape) bir iPad tutmuş olursunuz. iPhone 18 Pro və Pro Max dummy modelləri yanında isə daha tanış görünür: arxada üçlü kamera düzümü və ön tərəfdə MagSafe halqası var. Kiçik Dynamic Island izləri görünür, amma dəqiq deyil.
iPhone Fold-da başqa nə gözləmək olar
Əvvəlki CAD renderlərinə görə, iPhone Fold-un kamerası iki kameradan, LED flash-dan və mikrofonundan ibarət olacaq. Sızmalar göstərir ki, daxili ekran 7.8 düym, örtük (cover) ekran isə 5.3 düym olacaq. Örtük ekran yuvarlaq künclərlə gələcək və mərkəzində delikli (hole-punch) kamera olacaq ki, bu iPhone-larda bir ilkdir. Telefon açıldığında, böyük qatlanan ekranın yuvarlaq künclərə qədər uzandığını, nazik kənarları və üst-sol küncdə delikli kameranı görə bilərsiniz.
Dummy modellərində punch-hole kameralar üçün dəlik göstərilməyib, buna görə də dəqiq ölçü hələ təsdiqlənməyib.
Nə vaxt əldə etmək olar?
Hesabatlara görə, Foxconn artıq erkən mərhələdə sınaq istehsalına başlayıb. Təchizatçılar 2026-cı ilin ikinci yarısında çıxış gözləyirlər.
Analitik Tim Long hesab edir ki, iPhone Fold Apple-ın sentyabr tədbirində iPhone 18 Pro ilə birlikdə elan olunacaq, amma satışı dekabr ayına qədər başlamayacaq. Apple həmçinin iOS 27-də foldable-ə xas xüsusiyyətlər hazırlayır: split-screen dəstəyi və daha iPad-lik multitasking təcrübəsi.
Əgər artıq maraqlanırsınızsa, pul yığmağa başlayın. Qiymətin 2000 dolların üzərində olması gözlənilir.
Mənbə: Digital Trends
Hazırladı: Ziyalə Əhmədli
Gundelik.az
