iPhone 16e-yə MagSafe şarjını əlavə etmək (texniki olaraq) mümkündür, amma bunu etmək istəməyə bilərsiniz.
Apple-ın iPhone 17e modeli əvvəlki versiyada olmayan bir xüsusiyyətlə təqdim olundu: MagSafe. Bu maqnitli simsiz şarj texnologiyası Apple tərəfindən ilk dəfə iPhone 12 ilə təqdim edildikdən sonra iPhone seriyasının əsas xüsusiyyətlərindən birinə çevrilmişdi.
Hər halda, iPhone 16e istifadəçiləri şikayət etdilər, internetdə bu barədə çox danışıldı və Apple da buna reaksiya verdi. iPhone 17e-də MagSafe dəstəyi onun arxa panelinə inteqrasiya olunmuş maqnitlər və şarj coil-i sayəsində mümkün olur. Bu sistem telefonun MagSafe şarj cihazına və ya uyğun aksessuarlara “klik” edərək yapışmasına imkan verir.
Maraqlı (və bir qədər məyusedici) məqam isə budur ki, iPhone 17e dizayn, ölçülər və buna görə də arxa panel baxımından iPhone 16e ilə eynidir. iFixit tərəfindən edilən iPhone 17e sökülməsi göstərdi ki, onun MagSafe-li arxa paneli iPhone 16e ilə tam uyğun gəlir.
Apple istehsalı sadələşdirmək istəyərkən, təsadüfən iPhone 16e istifadəçilərinə maraqlı, amma bir qədər riskli bir “yeniləmə yolu” təqdim etmiş oldu. Ehtiyat hissələri istehsalçısı qeyd edir ki, bu ilki model ilə əvvəlki daha ucuz model arasında bir çox komponentlər qarşılıqlı şəkildə istifadə oluna bilir.
Onlar hətta iPhone 17e-ni iPhone 16e-nin ana platası ilə işə sala biliblər, amma Face ID işləməyib və funksionallığını itirib. Müsbət tərəfi isə odur ki, bu uyğunluq təmiri asanlaşdırır və ehtiyat hissələrinin tapılmasını rahat edir.
Bəs bu o deməkdir ki, bütün iPhone 16e istifadəçiləri telefonlarına MagSafe-li arxa panel quraşdıra bilər?
Texniki olaraq — bəli. Amma burada böyük bir “amma” var.
iPhone 16e-də görünür ki, iPhone 17e-nin MagSafe modulunu tanımaq üçün lazım olan proqram təminatı yoxdur. Buna görə də MagSafe-ə xas animasiya və səs effektləri işləmir. Bundan əlavə, telefonun tam 15W gücündə simsiz şarjı dəstəkləyib-dəstəkləmədiyi hələ dəqiq deyil.
İkinci məsələ isə odur ki, demək olar ki, siz bu arxa paneli özünüz dəyişə bilməyəcəksiniz.
Nəticə olaraq: iPhone 16e nəzəri olaraq MagSafe şarjını dəstəkləyə bilər, amma bunu reallaşdırmaq olduqca çətindir və risklidir. Əgər telefonunuz zəmanət altındadırsa, bunu nə özünüz etməyə çalışın, nə də hansısa ustaya etdirin.
Mənbə: Digital Trends
Hazırladı: Ziyalə Əhmədli
Gundelik.az
