İyul 8, 2026
Baku
İqtisadiyyat Ölkə Xəbərlər

ING Azərbaycanın inflyasiya proqnozunu açıqladı

Niderlandın ən böyük maliyyə qrupu olan “ING Group” Azərbaycanla bağlı inflyasiya proqnozunu yenidən nəzərdən keçirib.

Gundelik.az xəbər verir ki, 2025-ci il üzrə inflyasiya proqnozu 5,3%-dən 5,4%-ə, 2026-cı il üzrə 5,1%-dən 5,3%-ə kimi artırıb. Bankın 2027-ci il üzrə inflyasiya gözləntisi isə 8,9 faiz təşkil edib.

Bank analitikləri bu ilin dördüncü rüb üzrə proqnozlarını 4,8%-dən 5,1%-ə kimi artırıblar. 2026-cı ilin ilk rübü üzrə proqnoz 4,9% (+0,3%), ikinci rüb üzrə 5,1% (0,2%), üçüncü rüb üzrə 5,3%(0,1%) və dördüncü rüb üzrə 5,7% müəyən edilib.

İqtisadiyyat Nazirliyinin proqnozlarına görə, bu il ölkədə orta illik inflyasiya 5,1 %, gələn il isə 4,3 % təşkil edəcək. Azərbaycan Mərkəzi Bankının 2025-ci ilin yanvar ayında yenilənmiş proqnozuna görə, cari ildə inflyasiya 5,5 %, 2026-cı ildə isə 3,8 % təşkil edəcək.

BMT-nin gözləntilərinə görə, bu il inflyasiya 3,6 %, 2026-cı ildə isə 3,1 % səviyyəsində olacaq.

Dünya Bankı 2025-2026-cı illərdə Azərbaycanda orta illik inflyasiyanın 2,3 % səviyyəsində olacağını gözləyir.

Beynəlxalq Valyuta Fondunun (IMF) proqnozlarına görə, 2025-ci ildə Azərbaycanda orta illik inflyasiya 5,7 %, illik inflyasiya 5,2 %, 2026-cı ildə orta illik inflyasiya 4,5 %, 2027-2029-cu illərdə isə 4 % təşkil edəcək.

“S&P Global” və “Moody’s” beynəlxalq reytinq agentlikləri 2025-ci ildə Azərbaycanda orta illik inflyasiyanı 4 %, 2026-cı ildə isə 3 % səviyyəsində, “Fitch Ratings” isə 2025-ci ildə 5,3 %, 2026-cı ildə isə 4,6 % səviyyəsində proqnozlaşdırır./apa

Gundelik.az