Beynəlxalq Enerji Agentliyinin (IEA) direktoru Fatih Birol İranla bağlı münaqişə və Hörmüz boğazındakı vəziyyət səbəbindən Avropada dizel çatışmazlığı təhlükəsi barədə xəbərdarlıq edib.
Gundelik.az xəbər verir ki, bu barədə Birol “Der Spiegel” jurnalına verdiyi müsahibədə bildirib.
“Dünyanın bəzi bölgələrində artıq çatışmazlıqlar müşahidə edirik. Banqladeş və Pakistan kimi ölkələr enerji tələb edən sənaye sahələri üçün təbii qazı məhdudlaşdırmağa başlayıblar.
Bundan əlavə, vəziyyət yaxşılaşmasa, Avropa tezliklə dizel çatışmazlığı ilə üzləşə bilər. Belə ki, son həftələrdə bir çox yanacaq anbarı boşalıb. Qlobal dizel istehsalı tezliklə bərpa olunmazsa, may ayında bəzi Avropa ölkələri üçün vəziyyət kritik hala gələ bilər”, – deyə o qeyd edib.

