İyul 8, 2026
Baku
Mədəniyyət və cəmiyyət Xəbərlər

İdris Qasımov beynəlxalq səviyyədə tanınan rəssam-restavrator kimi fəaliyyətini genişləndirir

Rəssam-restavrator, pedaqoq və tədqiqatçı İdris Qasımov Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin magistr məzunudur və hazırda Fatih Sultan Mehmet Vakıf Universitetində Təhsil İdarəçiliyi ixtisası üzrə doktorantura təhsili alır. O, Almaniyanın Hannover şəhərində yerləşən European Academy of Natural Sciences tərəfindən doktor (Dr.) elmi dərəcəsinə layiq görülüb.

Gundelik.az xəbər verir ki, 2024-cü ildən Azərbaycan Milli İncəsənət Muzeyində bərpaçı-rəssam kimi fəaliyyət göstərən İdris Qasımov indiyədək 100-dən çox sənət əsərinin bərpasında iştirak edib. O, eyni zamanda beynəlxalq sərgi, layihə və elmi konfranslarda fəal iştirakçı kimi çıxış edir.

İdris Qasımov Azərbaycan Rəssamlar İttifaqının üzvü olmaqla yanaşı, European Academy of Natural Sciences akademiyasının üzvü, Europa Nostra təşkilatının fəal üzvü və British Association of Painting Conservator-Restorers (BAPCR) assosiasiyasının üzvüdür.