Sədərək rayon Heydərabad qəsəbəsində və Sədərək, Qaraağac, Dəmirçi kəndlərində təmir-bərpa və abadlıq işlərinə başlanılır.
Gundelik.az xəbər verir ki, Sədərək Rayon İcra Hakimiyyəti bununla əlaqədar hazırlıqları yekunlaşdırıb.
Belə ki, qurum bu işləri “Marka İnşaat” şirkətinə həvalə edib və onunla müqavilə bağlayıb.
Sözügedən təmir-bərpa və abadlıq işlərinə 471 min 759 manat vəsait sərf olunacaq.
