Avqust 4, 2026
Baku
Dünya Hadisə Xəbərlər

Husilər Səudiyyə Ərəbistanının hava limanına aviazərbələr endirdilər

Yəməndə fəaliyyət göstərən “Ənsar Allah” qruplaşmasının husi üsyançıları Səudiyyə Ərəbistanının cənub-qərb hissəsindəki Nəcran şəhər aeroportunda yerləşən hədəfə aviazərbələr endiriblər.

Gundelik.az xəbər verir ki, bu barədə məlumat üsyançı silahlı qüvvələrin sözçüsü Yəhya Sarianın “Telegram” hesabında yayılan rəsmi açıqlamada öz əksini tapıb.

Açıqlamada bildirilir ki, Yəmən hərbi qüvvələri pilotsuz uçuş aparatı vasitəsilə Nəcran hava limanında Səudiyyə rəqibinin əhəmiyyətli obyektini hədəf alıb.

Qeyd edilir ki, bu zərbə Səudiyyə Ərəbistanına məxsus dronların husilərin idarə etdiyi Səədə və Həccə vilayətlərinin hava sərhədlərini pozmasına cavab tədbiri kimi həyata keçirilib.