Avqust 4, 2026
Baku
İqtisadiyyat Xəbərlər

Qlobal mərkəzi banklar nə qədər qızıl alıblar?

Qlobal mərkəzi banklar bu ilin iyun ayında 51 ton qızıl alıblar.

Gundelik.az xəbər verir ki, bu barədə Dünya Qızıl Şurasının (WGC) məlumatında deyilir.

İyun ayında ən aktiv alıcılar Polşa Mərkəzi Bankı (+19 ton) və Çin (+15 ton) olub. Digər diqqətəlayiq alıcılar arasında Özbəkistan (+9 ton), Qazaxıstan (+7 ton) və İordaniya (+3 ton) yer alıb.

Gürcüstan və Qanadakı bankların hər birində 1 ton artım müşahidə olunub.

Bundan əlavə, hesabatda qeyd olunur ki, bu ay xalis satıcılar Rusiya (9 ton) və Türkiyə (2 ton) olub.Ümumdünya Qızıl Konqresinin hesabatında qeyd olunur ki, 2026-cı ilin birinci yarısında mərkəzi bankların qızıl alışları 102 tona çatıb və alışlar inkişaf etməkdə olan bazar ölkələrindəki geniş mərkəzi banklar tərəfindən həyata keçirilib.

2026-cı ilin birinci yarısında ən böyük alıcılar Polşa (82 ton), Özbəkistan (41 ton), Çin (40 ton) və Qazaxıstan (27 ton) olaraq qalır. Digər əsas xalis alıcılar arasında Çexiya (11 ton), Sinqapur (10 ton), Çili (8 ton), İordaniya (6 ton) və Qana (6 ton) var.