Gundelik.az Dünya Honq-Kondan ABŞ-yə qarşı SƏRT ADDIM
Dünya Xəbərlər

Honq-Kondan ABŞ-yə qarşı SƏRT ADDIM

“Hong Kong Post” ABŞ-yə quru və dəniz yolu ilə çatdırılmalı olan malların olduğu bağlamaların qəbulunu dərhal dayandıracaq və aprelin 27-dən hava poçtu göndərişlərinin emalını da məhdudlaşdıracaq.

Gundelik.az bu barədə xarici KİV-lərə istinadən xəbər verir.

Bəyanatda deyilir: “Birləşmiş Ştatlar əsassız zorakılıq edir və qanunsuz, heç bir əsası olmayan tariflər tətbiq edir”.

Həmçinin qeyd edilir ki, qayda yalnız sənədləri ehtiva edən poçt göndərişlərinə şamil edilməyəcək.

Qeyd edək ki, ABŞ prezident administrasiyası mayın 2-dən etibarən Honq-Konq da daxil olmaqla Çindən poçt göndərişləri üçün rüsumsuz (de minimis) rejimini ləğv edəcəyini açıqlayıb.

Gundelik.az

Exit mobile version