Gundelik.az xəbər verie ki,Livanda Hizbullahın silahsızlaşdırılması ilə bağlı çağırışlar artdığı bir vaxtda, təşkilatın yüksək rütbəli rəsmisi bildirib ki, əgər İsrail cənubi Livandan çəkilərsə və hücumlarını dayandırarsa, Hizbullah Prezidentlə silah məsələsində danışıqlara hazırdır.ABŞ-ın dəstəklədiyi Prezident Cozef Aun yanvarda vəzifəyə başladıqdan sonra ölkədə silah üzərində dövlət nəzarətinin təmin ediləcəyinə söz verib. Üç siyasi mənbəyə görə, Prezident yaxın zamanda Hizbullahla bu məsələ üzrə rəsmi danışıqlara başlamağı planlaşdırır.Silahsızlaşdırma məsələsi, ötən il İsraillə baş verən müharibədən və Hizbullahın əsas müttəfiqi olan Suriya Prezidenti Bəşər Əsədin devrilməsindən sonra gündəmə daha ciddi şəkildə gəlib.2024-cü ildə İsraillə müharibədə ağır itkilər verən Hizbullahın bir çox yüksək rütbəli liderləri və minlərlə döyüşçüsü həlak olub, təşkilatın raket arsenalının böyük hissəsi isə məhv edilib.Hizbullah rəsmisi bildirib ki, təşkilat milli müdafiə strategiyası çərçivəsində silah məsələsini müzakirə etməyə hazırdır, lakin bu, İsrailin cənubi Livanda yerləşən beş strateji təpədən geri çəkilməsinə və Livana qarşı hücumlarını dayandırmasına bağlıdır.Hizbullah silah məsələsini müzakirə etməyə hazırdır, əgər İsrail həmin beş nöqtədən çəkilərsə və Livana qarşı təcavüzünü dayandırarsa,” – deyə təşkilatın yüksək vəzifəli nümayəndəsi qeyd edib.Bu mövzuda Hizbullahın mövqeyi ilk dəfədir ki, bu şəkildə açıqlanır. Məlumat siyasi həssaslıq səbəbilə anonim şəkildə verilib. Hizbullahın mətbuat xidməti və prezidentlik administrasiyası isə məsələ ilə bağlı şərh verməyib.
Gundelik.az
