Hindistanın şimal-şərqindəki Assam ştatında daşqınlar nəticəsində ölənlərin sayı 85 nəfərə çatıb.
Gundelik.az xəbər verir ki, bu barədə ştatın Fəlakətlərin İdarə Edilməsi İdarəsi məlumat yayıb.
Qeyd edilib ki, 349 kənddə 300 mindən çox insan daşqın sularından təsirlənib. Daşqın 15.400 hektar kənd təsərrüfatı torpağına ziyan vurub.
Təxminən 15 min nəfərin yaşadığı 10 rayonda 44 qaçqın düşərgəsi yaradılıb.

