Milli Məclisin sədr müavini Musa Qasımlı sentyabrın 23-də Türkiyə Respublkasına səfər edəcək.
Səfər çərçivəsində vitse-spiker Trabzon şəhərində Qara dəniz Texniki Universitetində keçiriləcək “Trabzondan Türküstana: Tarix-Mənəniyyət-İnsan” mövzusunda tədbirdə iştirak edəcək. Sentyabrın 25-də isə sədr müavini Ədirnə şəhərində Türkiyə- Azərbaycan Dərnəkləri Federasiyasının Trakiya Universiteti ilə birgə təşkil etdiyi 27 sentyabr- Anım Gününə həsr olunmuş “İşğaldan zəfərə uzanan yol” mövzusunda simpoziumda iştirak edəcək. Səfər sentyabrın 26-da başa çatacaq.
Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsi
Gundelik.az

