Hindistanın şərqində yerləşən Carkhand ştatında ildırım vurması nəticəsində azı 13 nəfər ölüb.
Gundelik.az xəbər verir ki, bu barədə yerli polis məlumat yayıb.
“13 nəfərdən 8-i Giridih rayonunda, 3-ü Dumka rayonunda, 2-si isə Latehar rayonunda həlak olub”, – deyə polis bildirib.
Hindistan Meteorologiya Departamenti bu ilin yanvar ayında açıqlamışdı ki, 2025-ci ildə Carkhand ştatında 200-dən çox ölüm hadisəsi qeydə alınıb və onların əsas səbəbi qasırğas zamanı ildırım vurması olub.
