Vaşinqton və Tehran atəşkəsə sadiqdirlər
Gundelik.az xəbər verir ki, Türkiyənin xarici işlər naziri Hakan Fidan bunu Pakistanda iki ölkə nümayəndələri arasında keçirilən danışıqlardan sonra bildirib.
“Danışıqlar zamanı tərəflər əsasən ilkin mövqelərini ortaya qoydular. Bu normaldır, çünki ilkin mövqelər həmişə problem yaradır. Daha sonra vasitəçilər onları bir-birinə yaxınlaşdırmağa çalışacaqlar, əsas odur ki, bu, atəşkəsə nail olmağa və onu qorumağa kömək etsin. Gördüyüm qədəri ilə, hər iki tərəf hazırda atəşkəsə səmimi şəkildə sadiqdir”, – deyə Fidan qeyd edib.
