Gündəlik həyatda fərqinə varmadan qəbul edilən artıq duz yüksək təzyiq, ürək tutması və insult kimi ciddi xəstəliklərə səbəb ola bilər. Mütəxəssislər bildirir ki, gündəlik duz qəbulu 5 qramdan artıq olmamalıdır.
Biruni Universiteti Tibb Fakültəsi Xəstəxanasının kardioloqu dos. Dr. Emrah Özdemir qeyd edib ki, xüsusilə Türkiyədə duz istehlakı Ümumdünya Səhiyyə Təşkilatının tövsiyə etdiyi normadan xeyli yüksəkdir.
O vurğulayıb ki, yalnız yeməyə əlavə edilən duz deyil, hazır qidalar, emal olunmuş məhsullar, fast-food və paketlənmiş qəlyanaltılar da “gizli duz” ehtiva edir və bu, uzunmüddətli dövrdə ürək-damar sağlamlığına ciddi zərər verir.
Həddindən artıq duzun əsas nəticələrindən biri yüksək təzyiqdir. Bu isə damarların zədələnməsinə, ürəyin daha çox işləməsinə və nəticədə ürək çatışmazlığı, infarkt və insult riskinin artmasına gətirib çıxarır.
Həkim xüsusilə təzyiq xəstələri, yaşlılar, böyrək xəstələri və ailəsində ürək-damar xəstəliyi olanların duzdan daha çox uzaq durmalı olduğunu bildirib.
Ümumdünya Səhiyyə Təşkilatına görə, gündəlik duz norması təxminən 5 qramdır (bir çay qaşığı qədər). Mütəxəssis isə duzun azaldılması üçün hazır qidalardan uzaq durmağı, etiket oxuma vərdişi qazanmağı və süfrədə duzqabı istifadə etməməyi tövsiyə edib.
Həmçinin uşaqlıqdan düzgün qidalanma vərdişlərinin formalaşdırılmasının gələcəkdə ürək sağlamlığı üçün çox vacib olduğu vurğulanıb.
Mənbə:TRT Haber
Hazırladı:Ziyalə Əhmədli
Gundelik.az
