Avqust 26, 2026
Baku
Mədəniyyət və cəmiyyət Xəbərlər

Gün ərzində vaxtımızı necə keçiririk?

Our World in Data-nın məlumatlarına görə, insanlar gün ərzində ən çox vaxtı yuxuya sərf edirlər. Ən az yatan ölkə isə Cənubi Koreyadır. Türkiyədə insanlar orta hesabla gün ərzində 8 saat 35 dəqiqə yatırlar. Araşdırmanın digər nəticələri isə belədir…

Yuxu, iş, yemək-içmək, sosiallaşmaq, ev işləri… Bir az da özümüzə vaxt ayırmaq istəsək, artıq gün başa çatır.

Dünya üzrə aparılan araşdırmada 15-64 yaş aralığındakı insanlara “Gün ərzində vaxtınızı nəyə və nə qədər sərf edirsiniz?” sualı verilib. Bu sualın cavabı isə, təxmin edə biləcəyiniz kimi, ilk növbədə yuxu olub.

Bir gündə yuxuya ən çox vaxt ayıran ölkə 9 saat 2 dəqiqə ilə Çindir. Ən az yatanlar isə Cənubi Koreyalılardır.

Bəs yemək-içməyə nə qədər vaxt ayırırıq?

Bu fəaliyyətə ən az vaxt ayıran ölkə 63 dəqiqə ilə ABŞ-dır. Fransızlar isə yemək-içməyə amerikalılardan təxminən iki dəfə çox vaxt sərf edirlər.

 

Mənbə:TRT Haber

Hazırladı:Ziyalə Əhmədli

Gundelik.az