Gundelik.az Dünya Günəşdə güclü partlayış oldu
Dünya Xəbərlər

Günəşdə güclü partlayış oldu

Bakı vaxtı ilə günorta saatlarında güclü Günəş partlayışı müşahidə olunub.

Gundelik.az xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyasının Kosmik Tədqiqatlar İnstitutu (İKİ) və Günəş-Yer Fizikası İnstitutu məlumat yayıb.

Açıqlamada bildirilir ki, partlayış zamanı maksimum radiasiya Moskva vaxtı ilə saat 13:11-də qeydə alınıb. Məlumatlara əsasən, bu hadisə sentyabrın 28-dən bəri qeydə alınan ən güclü Günəş partlayışı hesab olunur.

Mütəxəssislərin sözlərinə görə, hadisə nəticəsində istiqaməti hələ tam müəyyən edilməmiş böyük kütləvi ejeksiya (Günəş maddəsinin kosmosa atılması) formalaşır.

Alimlərin proqnozlarına əsasən, yaxın günlərdə Günəşin aktivliyi artmaqda davam edəcək və bu prosesin Yerə təsiri daha da güclənəcək. Laboratoriyadan bildirilib ki, Günəş fəallığının pik mərhələsi gələn həftənin ortalarına və ikinci yarısına təsadüf edəcək.

Gundelik.az

Exit mobile version