Gundelik.az Dünya Alimlər bir neçə ildən sonra ilk dəfə olaraq Günəşdə qütb tac dəlikləri aşkar ediblər
Dünya Xəbərlər

Alimlər bir neçə ildən sonra ilk dəfə olaraq Günəşdə qütb tac dəlikləri aşkar ediblər

Rusiya Elmlər Akademiyasının Kosmik Tədqiqatlar İnstitutunun (İKİ) Günəş astronomiya laboratoriyası və Günəş-Yer Fizikası İnstitutunun (ISTP) apardığı araşdırmalar nəticəsində 2022-ci ildən bəri ilk dəfə olaraq Günəşdə qütb tac dəliklərinin əmələ gəlməsi müşahidə edilib.

Bu barədə Gundelik.az xarici mediaya istinadən xəbər verir.

“Günəşdə qütb tac dəliklərinin aktiv formalaşması başlayıb. Bu strukturlar hələ 2021-2022-ci illərdə ulduzda praktiki olaraq yox olub və kosmosdan alınan görüntülərə əsasən, son bir həftə ərzində geri qayıtmağa başlayıb”, – laboratoriyanın açıqlamasında bildirilir.

Məlumata görə, qütb dəlikləri günəş qütblərinin yaxınlığında əmələ gəlir və bir neçə ildir mövcuddur. Adi koronal dəliklərin ömrü 2-3 aydan çox deyil.

“Əvvəlki müşahidələr hələ ki, belə strukturların yaranmasının Yerə birbaşa təhlükə olduğunu göstərməyib”, – hesabatda qeyd olunur.

Alimlərin fikrincə, qütb dəliklərinin əmələ gəlməsi bu il baş verən günəş aktivliyinin azalması ilə bağlıdır.

Gundelik.az

Exit mobile version