Gundelik.az Dünya Gözəlliyi ilə diqqət çəkən çinli zibil çeşidləyicisi model olmaqdan imtina etdi: “İşimə sevgim daha böyükdür”
Dünya Xəbərlər

Gözəlliyi ilə diqqət çəkən çinli zibil çeşidləyicisi model olmaqdan imtina etdi: “İşimə sevgim daha böyükdür”

Çində tullantıların çeşidlənməsi ilə məşğul olan 20 yaşlı gənc qız model agentliklərindən gələn təklifləri rədd edərək sevdiyi işdən ayrılmaq istəməyib.

Gundelik.az xəbər verir ki, bu barədə “Daily Star” nəşri məlumat yayıb.

Çjetszyan əyalətindən olan Lin Minxuey Tayçjou şəhərindəki tullantıların emalı müəssisəsində işləyərkən çəkilmiş videosunun Çin internet seqmentində viral olmasından sonra məşhurlaşıb. İstifadəçilər onun model görünüşünə diqqət yetiriblər. Tezliklə onu tanınmış çinli modelyer və agent Lu Syanjen də görüb. O, gənc qızı “anadangəlmə supermodel” adlandırıb və onun podiumda debüt etməsinə kömək edib.

Moda sənayesində uğur qazanmasına baxmayaraq, Lin tam ştatlı model olmaqdan imtina edib. O, sevdiyi işdən ayrılmaq istəmədiyini bildirib. Tullantıların emalı zavodu sevgilisinin atasına məxsus ailə biznesidir. Cütlük müəssisənin idarə olunmasına kömək edir.

“Zibil toplamaq tox olmaq üçün bir vasitədir, modellik isə xəyaldır. Bu iki yol bir-birinə mane olmur”, – deyə Lin bildirib.

Lin uşaqlıqdan çətinliklərlə üzləşib. Onun valideynləri qızın bir yaşı olanda ayrılıblar. 15 yaşında babasının ölümündən sonra təhsilini yarımçıq qoymağa məcbur olan Lin kassir və ofisiant kimi çalışıb. Sevgilisinin ailəsi ona dəstək olub və təhsil xərclərini qarşılayıb.

Hazırda gənc qız podiuma çıxmağa davam edir. Bununla belə, o, modellik sahəsində imkanların nadir olduğunu etiraf edir və bacarıqlarını təkmilləşdirmək üçün səylərini ikiqat artırır.

Xatırladaq ki, daha əvvəl Braziliyanın Qoyas ştatından olan gözəllik kraliçası ölümcül yol qəzasına düşüb. 26 yaşlı Nataliya Soareşin idarə etdiyi avtomobil magistral yoldan çıxıb.

Nuri
Gundelik.az

Exit mobile version