İyul 8, 2026
Baku
Elm və təhsil Xəbərlər

“Gigil” və digər yeni sözlər Oksford İngillis lüğətinə əlavə edildi

Filippin dilindən götürülmüş “gigil” sözü Oksford İngilis Lüğətinin son yeniləməsinə daxil edilən “tərcüməsi mümkün olmayan” sözlərdən biridir. “Gigil” insanın içində yaranan o qədər güclü bir hissdir ki, onu ifadə etmək üçün əlini yumruq kimi sıxmaq, dişlərini qıcamaq və ya sevimli birini sıxmaq, çimdikləmək istəyirsən. Bu yeniləməyə həmçinin Malayziya və Sinqapurda sürpriz və ya narahatlıq ifadə edən “alamak” sözü də əlavə olunub. Gundelik.az xəbər verir ki,  Lüğətə əlavə edilən yeni sözlər arasında Sinqapur və Malayziyanın məşhur yemək adları da var. Məsələn, kaya tost (pandandan hazırlanan kokos və yumurta mürəbbəsi ilə çörək), balıq başı köri (Cənubi Hindistan və Çin mətbəxlərinin qarışığı olan yemək) və buxar qazan yeməyi (suda bişirilən tərəvəz və ət növləri). Filippindən əlavə edilən digər sözlər arasında videoke (karaokenin yerli versiyası, ballarla qiymətləndirmə sistemi ilə), salakot (fermerlər tərəfindən istifadə edilən geniş haşiyəli şapka) və terror (müəllimlərə şiddətli və sərt olduqları halda deyilən söz) var.

Oksford İngilis Lüğəti 600 mindən çox söz ehtiva edir və hər il minlərlə yeni söz təklifini nəzərdən keçirir. Lüğətin son yeniləməsinə həmçinin Cənubi Afrika və İrlandiyadan sözlər əlavə edilib.

  Gundelik.az