Gəncə şəhər stadionunun yenidən qurulması ilə bağlı işlərin dördüncü mərhələsinə start verilir.
Gundelik.az xəbər verir ki, Gənclər və İdman Nazirliyi bu mərhələ üzrə müvafiq işlərə başlayıb.
Nazirlik sözügedən işlərin icrasını “İnşaatçı 3” Məhdud Məsuliyyətli Cəmiyyətinə (MMC) həvalə edib və müqavilə bağlayıb.
Müqaviləyə əsasən, şirkətə 41,8 milyon manat ödənilib.
Qeyd edək ki, Azərbaycan Respublikası Prezidentinin 2023-cu il 6 oktyabr tarixli Sərəncamına əsasən, Gəncə şəhər stadionunun yenidən qurulması işlərinin layihələndirilməsi və həyata keçirilməsi üçün Prezidentin ehtiyat fondundan ilkin olaraq bir milyon manat ayrılıb. Stadionun layihələndirmə işləri artıq başa çatdırılıb.
Yenidənqurma işləri çərçivəsində stadionun ərazisi genişləndirilərək 10 hektara çatdırılacaq.
Gundelik.az
