İyul 8, 2026
Baku
İqtisadiyyat Xəbərlər

Gələn il maaşlar bu qədər artacaq

2025-ci il sona yaxınlaşmaqdadır. Bu il Azərbaycan tarixində həmçinin sosial müdafiə tədbirlərin güclənməsi ili kimi yadda qaldı.

Gundelik.az xəbər verir ki, bunu deputat Vüqar Bayramov parlamentin bu gün keçirilən iclasında deyib.

O bildirib ki, cənab Prezidentin “Aztəminatlı ailələrə birdəfəlik maddi yardım verilməsi haqqında” imzaladığı sərəncama uyğun olaraq bu gün 76 mindən çox ailəyə birdəfəlik yardımları ödənilməsi başa çatacaq. Bu dəstək 335 mindən çox ailə üzvünü əhatə edəcək:

“2025-ci il reallaşan 5-ci sosial pakket 3 milyondan çox vətəndaşımızı əhatə etməklə ölkəmizdə sosial təminat sisteminin daha güclənməsinə xidmət etdi. 2025-ci ilki artımlar üçün illik əlavə olaraq 1,4 milyard manat ayrılıb. Bu isə o deməkdir ki, yalnız 2020-ci ildən sonra Azərbaycan Prezidentinin göstərişi ilə reallaşan paketlərə 7.6 milyard manat əlavə vəsait yönəldilib. 2024-cü ildə respublika üzrə orta aylıq əmək haqqı 8.1 faiz artmışdırsa bu ilin ilk 10 ayında artım 9.4 faiz olub. 2025-ci ilin yekununda nominal orta aylıq əmək haqqının 9.2 faiz artacağı gözlənilir”.