Gundelik.az Ölkə Füzuli şəhərinin su-kanalizasiya infrastrukturunun qurulmasına 12 milyon manat ayrıldı
Ölkə Xəbərlər

Füzuli şəhərinin su-kanalizasiya infrastrukturunun qurulmasına 12 milyon manat ayrıldı

Füzuli şəhərinin su-kanalizasiya infrastrukturunun qurulmasına sərf olunacaq vəsaitin həcmi məlum olub.

Bu barədə Gundelik.az Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyindən (ADSEA) məlumat əldə edib.

Məlumata görə, şəhərin magistral su xətlərinin, tullantı, yağış kollektorlarının və qurğularının tikintisinin layihə-smeta sənədləri hazırlanacaq və tikintinin həyata keçirilməsi çərçivəsində layihənin texniki şərtlərinin təsdiqi, qəbul-təhvil prosedurları aparılacaq.

Agentliyin tabeliyindəki Tikilməkdə Olan Obyektlərin Müdiriyyəti artıq bununla bağlı müvafiq işləri yekunlaşdırıb.

Sözügedən işlərin icrasını “Protean Construction” şirkəti öz üzərinə götürüb və şirkət layihənin maliyyə dəyərini qiymətləndirərək ADSEA-ya 12 milyon 41 min manat təklif edib.

Yaxın günlərdə müqavilə bağlanacağı gözlənilir.

Exit mobile version