Gundelik.az Ölkə Bakıda abadlıq və yenidənqurma layihəsinin davamına 9,2 milyon xərc planlaşdırılıb
Ölkə Xəbərlər

Bakıda abadlıq və yenidənqurma layihəsinin davamına 9,2 milyon xərc planlaşdırılıb

Bakı şəhəri ərazisində səkilərdə, həyətlərdə, park və bağlarda abadlıq və yenidənqurma işlərinin layihə-smeta sənədlərinin hazırlanması işləri davam etdiriləcək.

Bu barədə Gundelik.az Bakı Şəhər İcra Hakimiyyətindən (BŞİH) məlumat əldə edib.

Belə ki, qurum sözügedən layihə-smeta sənədlərinin hazırlanmasının davam etdirilməsi ilə əlaqədar şirkət axtarışına çıxıb.

Sözügedən sənədlərin hazırlanmasına 9,2 milyon manat sərf olunacağı proqnozlaşdırılıb.

Exit mobile version