Gundelik.az Xəbərlər İqtisadiyyat Fransadan Azərbaycana pul köçürmələri artıb, əks istiqamətdə azalıb
İqtisadiyyat Xəbərlər

Fransadan Azərbaycana pul köçürmələri artıb, əks istiqamətdə azalıb

Bu ilin birinci rübündə Azərbaycandan Fransaya fiziki şəxslərin pul köçürmələrinin həcmi 1,214 milyon ABŞ dolları təşkil edib.

Gundelik.az-ın Azərbaycan Mərkəzi Bankından əldə etdiyi məlumata görə, bu göstərici 2024-cü ilin eyni dövrü ilə müqayisədə 313 min ABŞ dolları və ya 20,5% azalıb.

Hesabat dövründə Azərbaycandan xaricə ümumi pul köçürmələrində Fransanın payı 1,1% təşkil edib.

Həmçinin cari ilin ilk rübündə Fransadan Azərbaycana fiziki şəxslərin pul köçürmələrinin həcmi 5,755 milyon ABŞ dolları olub ki, bu da 2024-cü ilin ilk rübündəki göstərici ilə müqayisədə 4,328 milyon ABŞ dolları və ya 4 dəfə artım deməkdir.

Hesabat dövründə xarocdən Azərbaycana ümumi pul köçürmələrində Fransanın payı 2,5% təşkil edib.

2024-cü ilin birinci rübündə Azərbaycandan Fransaya fiziki şəxslərin pul köçürmələrinin həcmi 1,527 milyon ABŞ dolları, əks istiqamətdə isə 1,427 milyon ABŞ dolları təşkil edib.

Ümumilikdə, 2025-ci ilin ilk rübündə Azərbaycandan xarici ölkələrə fiziki şəxslərin həyata keçirdikləri pul köçürmələrinin həcmi 112,674 milyon ABŞ dolları təşkil edib. Bu isə 2024-cü ilin eyni dövründəki göstərici ilə müqayisədə 18,811 milyon ABŞ dolları və ya 14,3% azdır.

Eyni zamanda hesabat dövründə xarici ölkələrdən Azərbaycana fiziki şəxslərin pul köçürmələrinin həcmi 229,494 milyon ABŞ dolları təşkil edib ki, bu da 2024-cü ilin ilk rübündəki göstərici ilə müqayisədə 64,926 milyon ABŞ dolları və ya 22,1% azdır.

Gundelik.az

Exit mobile version