Son illər Fransanın müxtəlif şəhərlərində artan islamafobiyaya etiraz olaraq nümayişlər keçirilir.
Aprelin 25-də Fransanın La Grand-Combe şəhərindəki Hatice məscidində gənc müsəlman Əbubakar Sissenin bıçaqlanaraq öldürülməsi ölkədəki müsəlman icmasının reaksiyasına səbəb olub.
Gundelik.az xarici mediaya istinadən xəbər verir ki, ölkədə, xüsusən də son illərdə siyasi arenada artan islamafobiyaya reaksiya vermək üçün Paris, Marsel və Lion kimi müxtəlif şəhərlərdə nümayişlər keçirilib.
Ötən gün Parisin Bastiliya meydanında yerli vaxtla saat 14:00-da başlayan nümayiş Millet meydanında başa çatıb.
Nümayişçilə Fransa Daxili İşlər naziri Bruno Retallonun ölkədəki mühacirlərə və müsəlmanlara qarşı siyasətinə reaksiya verib.
Üzlərində “İslamofobiya öldürür. Dövlət və media buna töhfə verir. Müqavimət edək” və “Retailleau, Əbubakarın qanı sənin əlindədir” yazılı lövhələr daşıyan etirazçılar “İslamofobiyaya son”, “Paris faşizmə qarşı” və “İslamofobiyaya yox” şüarları səsləndiriblər.
Nümayişdə ifrat solçu “İtaətsiz Fransa” (LFI) partiyasının qurucusu Jan-Lük Melenşon və LFI deputatı Aymerik Karon, eləcə də müxtəlif müxalifyönlü siyasətçiləri də iştirak ediblər.
Nümayişdə məsciddə öldürülən Sisse üçün ədalət tələb edilib.
Əllərində Fələstin bayraqları, çiyinlərində keffiye ilə çox sayda insanın qatıldığı nümayişdə İsrailin Qəzzada törətdiyi soyqırımına reaksiya da göstərilib.
Aprelin 25-də Olivier H. Fransanın Qard əyalətindəki La Grand-Combe şəhərindəki Hatice məscidində namaz qılmağı öyrənmək üçün Əbubakar Sissedən kömək istəyib. Nümunəvi şəxsiyyəti ilə tanınan Sisse təklifi qəbul edib.
Olivye H. müsəlman gənci səcdədə olarkən təxminən 50 bıçaq zərbəsi ilə vurub və anı lentə alıb, daha sonra sosial media şəbəkə hesabında paylaşıb.
Hücumdan sonra o, polis bölməsinə təslim olub və Fransaya ekstradisiyaya razılaşıb.
Mayın 9-da Fransaya ekstradisiya edilən Olivye H. həmin gün həbs edilib.
Gundelik.az

