Fransada bələdiyyə başçısı korrupsiya səbəbindən vəzifəsindən uzaqlaşdırılıb.
Fransada Lille Böyükşəhər Bələdiyyə Sədri Damien Castelain korrupsiyaya görə hökm aldıqdan sonra vəzifəsindən kənarlaşdırılıb.
France Bleu-nun xəbərinə görə, Douai Apellyasiya Məhkəməsi ictimai əmlakı mənimsəmə və etimadı sui-istifadə etmə cinayətlərinə görə Bələdiyyə Sədri Castelain-i günahkar hesab edərək ona 18 ay şərti həbs və 20 000 avro cərimə cəzası verib.
Məhkəmə dərhal icra olunmaq şərti ilə başçıya 2 il müddətinə siyasi fəaliyyət qadağası da tətbiq edib. 2014-cü ildən bəri vəzifədə olan Castelain hökm aldıqdan sonra vəzifəsindən uzaqlaşdırılıb.
Lille Böyükşəhər Bələdiyyəsindən verilən yazılı açıqlamada bildirilib ki, Castelain rəsmi olaraq vəzifədən uzaqlaşdırıldıqdan sonra Bələdiyyə sədrinin müavini Eric Skyronka müvəqqəti olaraq sədr vəzifəsini icra edəcək.
Mənbə: TRT Haber
Tərcümə etdi: Gülçin Abdullayeva
Gundelik.az

