İyul 8, 2026
Baku
Dünya Xəbərlər

Formula 1: “Red Bull” komandasının rəhbəri işdən çıxarıldı

Formula 1 komandası “Red Bull” Kristian Horneri komandanın lideri vəzifəsindən azad edib.

Gundelik.az xəbər verir ki, bu barədə “The Guardian” komandanın bəyanatına istinadən məlumat yayıb.

“O, yorulmaz fədakarlığı, təcrübəsi, peşəkarlığı və innovativ düşüncəsi ilə “Red Bull Racing”in Formula 1-də ən uğurlu və cəlbedici komandalardan birinə çevrilməsində əsas rol oynayıb”, – Korporativ və İnvestisiya üzrə Baş Direktor Oliver Mintzlaff həmkarına təşəkkür edərək bildirib.

Məlumata görə, Horneri Loran Mekies əvəzləyib.

2024-cü ilin fevralında Hornerin tabeliyində olan birinə seksual mesajlar göndərdiyi məlum olub. Lakin “Red Bull”un keçmiş rəhbəri ittihamları rədd edib və bəraət alaraq öz vəzifəsini qorumağı bacarıb.

Hornerin rəhbərliyi altında “Red Bull” səkkiz sürücü və altı konstruktor çempionluğu qazanıb. O, 2005-ci ildən bəri komandanın direktoru idi.

Gundelik.az