İyul 8, 2026
Baku
Aktual Hüquq Xəbərlər

Fariz Əkbərov: “İş vaxtından artıq işlərin əlavə istirahət günü ilə əvəz edilməsinə yol verilmir”.

Son günlərin aktual mövzularından biri də hər hansı bir işçinin iş yerində iki fərqli vəzifəni icra etməsinə  məcbur edilməsidir. Bu nə dərəcədə doğrudur?..  Gündelik.az xəbər portalı olaraq, bu suala mütəxəssis rəyi ilə aydınlıq gətirək. Müsahibimiz Hüquqi-Sosial Yardım və  Maarifləndirmə İctimai birliyinin sədri  Fariz Əkbərovdur.

Müsahibəni sizə təqdim edirik:

-Fariz müəllim,  yuxarıda qeyd etdiyimiz məsələ barədə nə deyə bilərsiniz?

– Əmək qanunvericiliyi işəgötürənin işçilərlə əmək münasibətinə girdiyi zaman yazılı əmək müqaviləsi bağlamağı tələb edir. Həmin yazılı əmək müqaviləsi elektron sistemdə yerləşdirilir və yalnız bu halda hüquqi qüvvəyə minir. Bundan kənar olan bütün hallar əmək və vergi qanunvericiliyinin tələblərinin pozulması kimi qiymətləndirilir.

Əmək müqaviləsinin şərtləri imkan verdiyi hallarda işçi əsas iş yeri üzrə müəyyən olunmuş iş vaxtından sonra həm əsas iş yerində, həm də əvəzçilik qaydasında əmək müqaviləsi bağlayaraq başqa iş yerlərində də əmək fəaliyyəti ilə məşğul ola bilər.

 Əmək Məcəlləsinə görə, müəyyən hallar istisna edilməklə işçinin iş vaxtı gündəlik 8 saatdan artıq ola bilməz. Müəyyən edilmiş iş vaxtından artıq işə cəlb olunarsa, bu, iş vaxtından artıq iş hesab edilir və bu halda azı saatlıq tarif maaşının iki misli həcmində əlavə ödəniş edilir.

İşçilərə iş vaxtından artıq vaxt ərzində görülən işin hər saatı üçün əmək haqqı hansı qaydada ödənilir?

Əməyin vaxtamuzd ödənilmə sistemində saatlıq tarif (vəzifə) maaşının ikiqat məbləğindən aşağı olmamaqla;

Əməyin işəmuzd ödənilmə sistemində işəmuzd əmək haqqı tam ödənilməklə müvafiq dərəcəli (ixtisaslı) vaxtamuzd işçinin saatlıq tarif (vəzifə) maaşından aşağı olmamaqla əlavə haqq məbləğində.

İş vaxtından artıq işlərin əlavə istirahət günü ilə əvəz edilməsinə yol verilmir.

Gundelik. az