Əsas investisiya qoyulacaq sahələrdən biri də mədən sənayesidir.
Bu fikirləri Milli Məclisin Təbii ehtiyatla, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov Prezident İlham Əliyevin II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində keçirilən tədbirdə çıxışı barədə Gundelik.az-a açıqlamasında deyib.
O, bildirib ki, bu günlərdə mədənçiliklə əlaqədar dövlət proqramı qəbul edildi.
“Bu, bir çox istiqamətlərdə investisiya qoyluşuna münbit şərait yaradacaq. Cənab Prezident qeyd etdiyi kimi biz açıq-aşkar olan bir amili, – neft və qazı, – unutmamalıyıq. Ancaq mədən sənayesinin inkişafı da artıq prioritet sahəyə çevrilir”, v- deyə deputat qeyd edib.
